Serbiya Kosovadan heç vaxt imtina etməyəcək, antirusiya sanksiyalarına qoşulmayacaq və xalqı naminə müstəqil siyasət aparacaq.
Aktual.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Serbiya Serbiyanı qoruyacaq və müdafiə edəcək bir serb siyasəti yürütməlidir. İnanın, başqa siyasət yoxdur. Biz kimlərinsə istəyi ilə sanksiyalara qoşulan deyilik. Əgər bizim müstəqil siyasət yürütməyə icazəmiz yoxdursa, özümüzlə, gələcəyimizlə bağlı qərarlar qəbul edə bilmiriksə, o zaman hökumət nəyə lazımdır?!" - o bildirib.
"Biz heç vaxt Kosovadan və Metoxiyadan imtina etməyəcəyik, nə qədər tələb etmələrinə və nə təklif etmələrinə baxmayaraq...” - dövlət başçısı əlavə edib.
Xəbər 188 dəfə oxunub.