Heç vaxt birlikdə ola bilməyəcəyiniz birinə aşiq olmağın acısı

Heç vaxt birlikdə ola bilməyəcəyiniz birinə aşiq olmağın acısı


Eşq çətin məsələdir...

Aktual.az türk mediasına istinadən xəbər verir ki, sevgi insanı zaman –zaman içindən çıxa bilmədiyi problemlərlə qarşı-qarşı qoyur.


Sevgi bəzən dünyadakı ən gözəl hiss ola bilir. Bəzənsə yer üzündə insana ən acı verən şey olur.


Bir tək hissin digər bir çox şeyin əksi halına gələ bilməsi, lakin digər hər şeydən çox daha güclü olması qəribədir əslində. Amma eşqi gözəl edən şey də budur, hər halda. Dünyada mükəmməlliyə ən yaxın şey olması. Yaxşını və pisi, gözəli və çirkini və daha bir çox ziddliyi içində saxlayan bu uca hiss, yəqin ki, insanı insan edən ən müqəddəs şeydir. "Eşq" anlayışını düşündüyümüz zaman, ümumiyyətlə, ağlımıza xoşbəxtlik gəlir. Gözəl bir gələcəyin başlanğıcı olan və həyatımıza xoşbəxtlik gətirən bir duyğu...

Eşq çox güclü bir hiss olduğu üçün, adətən, aşiq olduğumuz insanı incidəcək bir qərarlar almağımıza mane olur. Sevginin hər zaman məntiqsiz olduğunu, yəqin ki, eşitmisiniz. Amma bunu sizə deyən insanlar iki insanın bir-birinə qarşı bəslədiyi sevginin bütün problemləri həll etməyə yetərli olacağını da deyiblər.

Sevgi hər zaman xoşbəxt sonluqla bitməz. Böyük bir sevginin qonağı olan insanlar yolun sonunda hər zaman bir araya gəlməzlər. Bəzən iki insan bir-birini həqiqətən sevər... Lakin bir araya gəlmək və xoşbəxt olmaq şansları yoxdur. Acı da olsa, gerçək budur .


Bir insanı bütün qəlbinizlə sevirsiniz, amma onunla birlikdə olmaq şansınız yoxdur. Lakin siz yenə də sevirsiniz, getdiyiniz yolun ağrılarla dolu olduğunu bilə-bilə.


Təəssüf ki, rasionallıq ilə idarə edilən bir dünyada yaşayırıq və uca eşq duyğusu bu rasyonallığın içərisində boğulur. Bəzən eşqimizin əlindən tuturıq və bütün maneələrə baxmayaraq onu yaşatmağı bilirik.  

Güclü insanlar bunu bacara bilir. Lakin heç kimin öhdəsindən gələ bilməyəcəyi çıxmazlar da vardır bu dünyada. Beləcə, daha qaranlıq, daha hüzünlü və daha tək bir eşqə doğru yol alırıq. Birinə aşiq olduğunuz zaman, o adamla əsla birlikdə ola bilməyəcəyinizi bildiyiniz o an, o heç bir şey edə bilməməyin verdiyi iztirab. Bax o tip bir eşq başlayır...


Bəzi insanlar birlikdə keçinə bilmir. Sahib olduqları vərdişlər vəya inanclar birlikdə olmaqlarının önünə keçir. Bu dünyada heç bir cütlük yoxdur ki, bir-birlərinin ən kiçik detalını da sevsin. Çox vaxt insanlar, sevdiklərinə aid şeyləri sevməməyə başlayarlar. Lakin hər şeyi qəbul edərlər, sevgiləri üçün. Amma elə insanlar var ki , onlarla birlikdə olmağı qeyri-mümkün hala gətirən vərdişləri, meylləri və ya düşüncə strukturları vardır. Nə etsəniz edin, bu insanlarla birlikdə ola bilməzsiniz.


İki zidd insan bir-birini böyük bir sevgi ilə sevə bilər, çünki eşqməntiq çərçivəsində işləməz. Lakin bu iki insan birlikdə yaşamaq və bir-biriylə dolanmaq mövzularında müvəffəqiyyə tgöstərə bilməzlər. Buna görə də, əlaqələr bir növ saziş və qarşılıqlı bağlılıq əsasında olmalıdır.


Birlikdə olduğunuz insana dair hər şeyi heç bir zaman sevə bilməzsiniz, lakin o adamı elə çox sevməlisiniz ki, ona dair hər şeyi qəbul edib, onunla yaşaya biləsiniz. Bir çox insan eşqi üçün bu tərz bir fədakarlıq etməyi gözə ala bilməz. Cəsarət edib eşqinin arxasından gedənlərsə, hər zaman müvəffəqiyyət qazana bilməzlər. Bu kimi qarşılıqlı fədakarlıqlar ilə başlayan bir sevgi, gözəl bir gələcəyin siqnallarını verməz, əksinə, çox vaxt gözəl ola biləcək bir gələcəyin başlamadan bitdiyini deyər sizə.


Fədakarlıq etmək, əlbəttə, bir seçim məsələsidir. Ya eşqinizə həqiqətən bir şans vermək istəyəcək və hər şeyi gözə alacaqsınız, ya da "dəyməz" deyərək sevginizi ömürlük qəlbinizə basdıracaqsınız.


Bəzən insanların birlikdə ola bilməməsinin başqa səbəbləri də ola bilər. Qarşımızdakı insanı incidəcək qərarlar almaq, deyilmiş yalanlar və ya edilmiş şeylər ola bilər. Lakin eşq duyğusu bizi ələ keçirdiyi an hər şey geridə qalar. Keçmişdə yaşanmış ağrıları belə unutdarıq.


Elə insanlar var ki, birlikdə ola bilməyəcəklərinin fərqindədirlər, lakin yenə də ayrıla bilməzlər bir-birlərindən. Bu səbəblə tez-tez ayrılıb barışırlar və əlaqələrinə bir şəkildə davam etməyə çalışarlar. Yaşadıqları hər ayrılıqdan sonra əlaqələrinə təzə imiş kimi yenidən başladıqlarını düşünərlər.


Sevdiyiniz insanı bir daha incitməyəcəyinizlə bağlı özünüzə söz verirsiniz. Lakin qarşınızdakı insan artıq sizə güvənmir. Əlaqələr güvən üzərinə qurular və güvən itincə hər şey bitər.


Bütün bunları bilə-bilə, niyə belə bir əlaqəyə başlayırıq? Çünki başqa şansımız yoxdur? Sevirik, ona görə də, ağlımızla deyil, qəlbimizlə hərəkət edirik. Hər şey bitdikdən sonra isə, başqa biri ilə xoşbəxt olacağını ümid edərik. Gözləyirik... Başqa birinin gəlib yaralarımızı bağlamağını, həyatımızı gözəlləşdirməyini gözləyirik... Lakin bu o demək deyil ki, bizi yaralayan sevgimizi unuduruq. Bəlkə də ölənə qədər qəlbimizin dərinliklərində qalacaq o.


Və beləcə onunla birlikdə ola bilməyəcəyimizi anlayırıq. Amma nə etmək olar. Qəlbimizi yerindən söküb ata da bilmirik. Yuxusuz gecələr, yarım qalmış xəyallar...

Onu heç vaxt unuda bilmirik... Əgər həqiqətən də sevmişiksə...

Xəbər 8103 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR