Bu gün Millət vəkili Qənirə Paşayevanın doğum günüdür.
Aktual.az xəbər verir ki, yeni yaşına qədəm qoyan millət vəkili ad günü təəssüratlarını AzVision.az-la bölüşüb.
Xanım deputat doğum gününün onun üçün adi günlərdən biri olduğunu deyib.
“Doğum günüm olsa da, hazırda iş başındayam. Doğum günlərini özəl gün hesab etmirəm. Səhər tezdən balaca Röyamızın səhhəti ilə bağlı baş həkimlə danışdım, uşağın özü ilə söhbət etdim. Sonra Röyanı əməliyyata yola saldıq. İndi isə Azər Xanlaroğlunun səhhəti ilə ağlı 1 saylı Şəhər Kliniki xəstəxanasına gəlmişik. Səhiyyə Nazirliyinin dəstəyi ilə Azər Xanlaroğlunu 1 saylı şəhər kliniki xəstəxanadan Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə köçürürük. Burdan isə Xocalıdan olan Duradanə bacımın kitab təqdimatına gedəcəyəm. Yəni bu gün mənim üçün xüsusi bir gün deyil. Doğum günümdə qonaqlıqlar təşkil etmirəm”.
Xanım millət vəkili kimdənsə özəl hədiyyə gözləməsi ilə bağlı sualımızı da cavablandırıb: “Bu günü adi bir gün hesab etdiyim üçün heç kəsdən də özəl bir hədiyyə gözləmirəm. Hər bir insanın, dostun təbriki mənim üçün hər şeydən önəmlidir. Onların təmiz ürəklə, xoş təbəssümlə istəklərini dilə gətirmələrindən başqa gözəl hədiyyə nə ola bilər ki? Məni təbrik edən gözəl insanlar, seçicilərim sağ olsun. Hər kəsə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
// Aktual.az