ABŞ-da dustaqların cəzaçəkmə müəssisələrində şəraitə qarşı ümumi tətili başlayıb.
Aktual.az Report-a istinadən bildirir ki, dustaqlar yerinə yetirdikləri işlərə görə əmək haqqının artırılmasını tələb edirlər. Onlar, həmçinin səhiyyə sistemi və müəssisələrin həddən artıq dolu olmasından narazıdırlar.
Dustaqların hüquqlarını müdafiə edən fəallar onların vəziyyətini köləliklə müqayisə edirlər. Onlar dustaqların Alabama, Texas və Cənubi Karolinada da tətil etdiklərini bildirirlər.
Yerli mətbuat Floridada iki cəzaçəkmə müəssisəsində baş verən iğtişaşlardan xəbər verir.