Həbsxanada ölüm hadisəsi

Həbsxanada ölüm hadisəsi

Azərbaycanda məhkum dünyasını dəyişib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.

Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, B. İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR