Sosial şəbəkədə Sankt-Peterburqdakı polis şöbələrindən birindən cəsarətli qaçışın videosu yayılıb.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, 2015-ci il mart ayının sonlarında Sankt-Peterburqun Primorski rayonundakı 44 saylı polis şöbəsindən qızıl məmulatları satılan salondan oğurluq üstündə 25 yaşlı gənc tutulub. Qaçış videosu isə sosial şəbəkəyə indi yerləşdirilib.
Videodan görünür ki, kişi qəfildən polis şöbəsinin qeydiyyat otağındakı kiçik pəncərədən özünü çölə atıb. İki əməkdaş ona mane olmağa çalışsa da, hətta şalvarının əynindən çıxması da saxlaya bilməyib.
Bir neçə saat sonra videodakı qəhrəman yenidən saxlanılaraq polis şöbəsinə gətirilib.
// Aktual.az