Həbiblə Konorun davasının əsl səbəbi nədir? - ŞOK HƏQİQƏT

Həbiblə Konorun davasının əsl səbəbi nədir?  - ŞOK HƏQİQƏT
  • İDMAN

Makqreqorun komandasının üzvü Artyom Lobov Makqreqorla rusiyalı idmançı Həbib Nurməhəmmədov arasındakı münaqişənin səbəblərini açıqlayıb.


Aktual.az publika.az-a istinadən bildirir ki, Lobov bu haqda ESPN Yutub kanalına müsahibəsində danışıb.

"Əvvəlcə bizim aramızda - mənimlə və Nurməhəmmədov, həmçinin Həbiblə Konor arasında normal münasibətlər var idi. Ancaq hansısa bir anda Həbib nə üçünsə Konoru "petux" adlandırmağa başladı. Mən bilmirəm, Həbib niyə belə danışmağa başladı, axı Makqreqor onun haqqında pis heç nə danışmırdı", - Lobov bildirib.

Döyüşçünün fikrincə, Nurməhəmmədov bilirdi ki, bu, Rusiyada bu, ən ciddi təhqirlərdən biridir:

"Rusiyada həbsxanada zorlanan insanları belə adlandırırlar. Həbib bunu bilir, hamı bunu bilir. Bu, çox ciddi təhqirdir".

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Həbibin iddiasına görə, rəqibi onun dini, ölkəsi və atasını təhqir edib.

 
Aktual.az 
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR