Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib

Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib
  • İDMAN

Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.

"Report” xəbər verir ki, 30 yaşlı döyüşçü buna ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması sayəsində nail olub. 
Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib.
Qeyd edək ki, reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaşou isə 3-cü pillədədir.
 
Aktual.az
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR