HDP-li deputat şeytana ibadət edirmiş - FOTOLAR

HDP-li deputat şeytana ibadət edirmiş   - FOTOLAR

Ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 25-ci çağırış millət vəkilləri and içərək vəzifələrinin icrasına başlayıblar.

Mərasimdə bütün diqqət isə HDP-li millət vəkili Feleknas Ucada olub. Türkcə bilməyən millət vəkili andiçmə mərasimi üçün bir neçə gün əvvəldən türkcə öyrənməyə başlayıb. Nəhayət, Feleknas Uca TBMM-də türk dilində and içə bilib. Andiçmə zamanı Felekans Ucanın yaxa sancağı isə ən çox diqqət çəkən məqam olub. Belə ki, millət vəkili sinəsində tovuzquşunu simvolizə edən yaxa sancağından istifadə edib.

Bəs, görəsən nəyə görə millət vəkili bu simvalodan istifadə edib? 

Femida.az xəbər verir ki, Feleknas Uca yezidi ailəsində dünyaya gəlib. Yezidilikdə yaradana itaət etməyən bir mələk – şeytan var. Yezidilikdə Tanrı dünyanı yaradıcısıdır, ancaq dünyanın daşıyıcısı deyil. Tovuzquşu islam və başqa dinlərində şeytan obrazı ilə oxşardır. O da oddan yaranıb və insanı itaət etməyib. Amma yezidilikdə şeytan adını çəkmək günahdır, buna görə “adı gözəl mələk” deyə müraciət olunar. Mələk tovuzquşu ilə simvolizə olunur. Yezidiliyə görə Mələk Tovuzquşu nurdan yaranıb. Buna görə günəş, ay və ulduzlar da nurdan yarandıqları üçün müqəddəs hesab olunurlar. Yezidilər cənnət və cəhənnəmin varlığına inanmırlar.

Yezidiliyə görə, ölən insanın ruhu başqa insana keçir. Yezidilər reenkarnasiyaya inanırlar. Buna görə ölən insanın vəfatından sonra bir din adamının gördüyü yuxunu yozaraq ölənin ruhunun yenidən doğuşu barədə mühakimə yürüdürlər. Yezidilər özlərinin Adəmlə Həvvanın soyundan deyil, Şahid bin Carın soyundan gəldiklərinə inanırlar. Rəvayətə görə Adəmlə Həvvanın qırxı kişi, qırxı qadın olmaqla 80 uşağı doğulur. Daha sonra onlar ideal insan mövzusunda mübahisə edərək hansının düzgün olduğunu aydınlaşdırmaq üçün ruhlarından və düşüncələrindən iki küpəyə doldururlar. 40 gün sonra Adəmin küpündən Şahid bin Car dünyaya gəlir. O, Adəmin sevimli övladı olur.

Buna görə də, Həvva və geridə qalan 80 uşaq Şahid bin Carı öldürmək qərarına gəlirlər. Öz aralarında parol müəyyənləşdirirlər. Lakin bundan xəbər tutan Mələk tovuzquşu cinləri yollayıb gecə ikən Həvvanın uşaqlarının dillərini dəyişir. Səhər duranda hərəsi bir dildə danışaraq bir-birlərini anlamırlar. Göydən gələn bir mələklə evlənən Şahid Bin Cardan yezidilər, digər uşaqlardan isə başqa xalqlar törəyirlər.

Aktual.az

 
Xəbər 1521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR