ABŞ hesab edir ki, iqtisadi mənada hazırda Rusiya ilə adi rejimdə biznes aparmaq olmaz.
APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lər Səudiyyə Ərəbistanının Rusiyadan “İsgəndər” raket komplekslərinin əldə etmək niyyətində olduğu barədə məlumat yayıb. “Nə qədər ki Rusiya beynəlxalq hüququ pozur, onunla adi rejimdə biznes aparmaq olmaz”, deyə Kirbi KİV-də yayılmış xəbərləri şərh edərkən bildirib.
“Biz sahibkarları Rusiya ilə əməkdaşlığı dayandırmağa çağırmırıq. Elə sahələr var ki, biz Rusiya ilə əməkdaşlığı davam etdiririk – buraya, misal üçün, təhlükəsizlik məsələləri aiddir. Mən hər şeyi nəzərdə tutmuram, lakin Rusiya ilə biznes adi şəkildə aparılmamalıdır”, deyə Kirbi bildirib.
Aktual.az