Havay ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək

Havay ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək

ABŞ-ın Havay ştatının qanunverici orqanı olan Leqislatura 2024-cü ilə qədər yaşı 100-dən aşağı olan şəxslərə siqaret satışını tədricən qadağan edən qanun layihəsini nəzərdən keçirir.


Aktual.az "Report"a istinadən bildirir ki, siqaret satışı mərhələli şəkildə yaşı 100-dən çox olanlara şamil ediləcək.

Yeni qanun layihəsi növbəti ildə siqaretin 30 yaşa qədər olan şəxslərə satışını nəzərdə tutur. Hər sonrakı illərdə siqaretlər ancaq yaşı 40-a, 50-yə və 60-a qədər olan şəxslərə satılacaq. Beləliklə, 2024-cü ildə siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək.

Qeyd edilir ki, Havayda tütün satışını nizamlayan ən ciddi qanunlar qüvvədədir. Havay 2016-cı tütünün satışı yaşını 21-ə qədər artıran ilk Amerka ştatı olub.

Xəbər 1137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR