Havanın temperaturu iqlim normasından artıqdır - Açıqlama

Havanın temperaturu iqlim normasından artıqdır   - Açıqlama

Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyunun 23-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.

Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur bu gün də davam etməkdədir.

Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb. Əvvəlki illər iyun ayından bundan da isti temperatur qeydə alınıb. İyun ayında ən yüksək temperatur 1996-cı ildə 40 dərəcə olub.

Hazırda müşahidə olunan temperatur yüksək göstəricidən aşağıdır. Bakı və Abşeron yarımadasında müşahidə olunan havanın orta temperaturu 33-35 dərəcədir.

Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR