Millət vəkili Qənirə Paşayeva gənclərlə görüşüb,onları qumar başda olmaqla zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva Tovuzda gənclərlə görüşüb. Gənclər arasında qumar oyunları,tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artıqmalıyıq deyən millət vəkili Qənirə Paşayeva görüş zamanı gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarş mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır deyib və bu istiqamətdə narahatlıq doğuran məqamlar barədə fikrini bildirib, geniş fikir mübadiləsi olub və millət vəkili sualları da cavablandırıb. Millət vəkili Qənirə Paşayeva eyni zamanda bütün dünyada məhşur olan “Siqareti atmanın asan yolu” kitabını da gənclərə hədiyyə edib.
Qənirə Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”. Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili QənirəPaşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyən Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis vəsiqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) gənclərə hədiyyə edib.
Millət vəkili Qənirə Paşayeva gənclərlə söhbətində, “Siqareti atmağın asan yolu” kitabını təkcə siqaretdən istifadə edənlərin deyil, etməyən gənclərin də oxumasını xahiş etdi: “İnanıram ki, onu oxuyan bir gənc insan siqaret çəkməyə başlamaz, çünki onun nə qədər böyük bir düşmən olduğunu anlayar. İnşaallah söhbətlər, müzakirələr və çoxlu sayda hədiyyə etdiyimiz Alen Karr kitabları faydalı olar və gənclər arasında insan üçün çox zərərli olan bu vərdişdən xilas olanların sayı artar”deyə bildirib. Tovuzda, Düz Qırıqlıda Taykvando ilə məşğul olan gənclərin nümayiş etdirdiyini proqramı da izləyən millət vəkili Qənirə Paşayeva onların aralarından gözəl idmançılar çıxacağına inamını ifadə etməklə yanaşı gənclərimizin fiziki sağlam böyüməsində,zərərli vərdişlərdən uzaq durmasında idmanla məşğul olmaları çox önəmlidir və məktəblərdən başlayaraq buna böyük önəm verməliyik. Bundan başqa məktəblərdə,kəndlərdə, rayonlarımızda gənclərimizin hər hansı idman növü ilə daha peşəkar məşğul olmaq istəyinə dəstək göstərilməli və imkanlar daha da genişlənməlidir deyən millət vəkili Qənirə Paşayeva taykvando komandasını təbrik edib və onları öz programlarının sonunu Azərbaycan gerbi və bayrağını ucaltmakla bitirmələrini xüsusi alqışla dığını bildirib və gəncləri hazırlayan müəllimlərinə xüsusi təşəkkürü bildirib.