“Harry Potter”in ulduz aktyoru öldü

“Harry Potter”in ulduz aktyoru öldü
  • DÜNYA

“Harry Potter”, “Parfümer”, “Doqma” kimi filmlərdə oynadığı rola görə məşhurluq qazanan britaniyalı aktyor Alan Rikman 70 yaşında Londonda ölüb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkib.

Aktyorun ölümün artıq qohumları da təsdiqləyib.

Rikman 50-dən artıq filmdə rol alıb. Onun ən məşhur rollarında biri Coan Roulinqin romanları əsasında çəkilən filmlərdə oynadığı Severus Sneyp (Severus Snape) obrazıdır. “Rasputin” telefilmində oynadığı rola aktyor “Qızıl Qlobus” və “Emmi” mükafatları alıb.

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR