Harris səs faizini artırdı, Trampa yaxınlaşır

Harris səs faizini artırdı, Trampa yaxınlaşır
  • DÜNYA

ABŞ-ın vitse-prezidenti Kamala Harris demokratların, fəallaşan və səsvermə ehtimalı artan gənc qaradərili seçicilərin, onların maraqlarını qorumaq üçün daha çox işlər görəcəyinə inanan qadınların dəstəyi sayəsində 2024-cü il prezidentlik yarışında uğur qazanmağa müvəffəq olub.
Aktual.az xəbər verir ki, bu barədə "CBS News/YouGov” sorğusunun nəticələrində bildirilib.
Qeyd olunub ki, Harris və Donald Tramp əsas ştatlarda dəstək baxımından bərabərdir:
"Seçkilərin nəticəsini müəyyən edən əsas ştatlarda Demokratlar və Respublikaçılar partiyalarından olan namizədlərin qalib gəlmək şansı artıq bərabərdir. Sorğular göstərir ki, hər iki namizəd Miçiqanda 48 faiz, Pensilvaniyada 50 faiz, Arizonada isə 49 faiz səs toplayıb. Tramp Viskonsin (onun üçün 50%, Harris üçün 49%), Corciya (50% və 47%) və Şimali Karolinada (50% və 47%) cüzi üstünlük nümayiş etdirir. Harris Nevada ştatında Trampdan bir qədər üstündür (50% - 48%)”.
Lakin Trampın xeyrinə bəzi kritik amillər dəyişməyib: O, seçicilər arasında əhəmiyyətli liderliyini qoruyub saxlayır, onların maliyyə cəhətdən yaxşı vəziyyətdə olacağını, onun siyasətinin sərhəddəki miqrantların sayını azaldacağını iddia edir. Amma eyni zamanda, "mütləq səs verəcəklərini” deyən demokratların sayı bu il ən yüksək səviyyəyə yüksəlib.
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR