Kamran Həsənli, Tarix Əliyev (Tolik), Rauf Əhmədov və Elşad Xose haqqında ən çox mənfi xəbər yayımlanan şou-biznes nümayəndələri olublar. Almaz Ələsgərli isə haqqında ən çox müsbət xəbərlər dərc olunan müğənni olub.
***
Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlımonitorinqin nəticələrini təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələriilə əlaqəli 10796 xəbəryerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər–bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər–icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose(34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi).Müsbət xəbərlər isəAlmaz Ələsgərliyə (24 xəbər- “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.
Saytlarda xəbər sayına görə sıralama:
1. İlhamə Quliyeva 653 xəbər 2. Röya Ayxan 538 xəbər 3. Flora Kərimova 399 xəbər 4. Elza Seyidcahan 391 xəbər 5. Zülfiyyə Xanbabayeva 382 xəbər 6. Tarix Əliyev 330 xəbər 7. Tünzalə Ağayeva 314xəbər 8. Aygün Kazımova 313xəbər 9. Brilliant Dadaşova 301xəbər 10. Natəvan Həbibi 291xəbər | |
| |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382xəbər dərc edilib. Bu xəbərlərdən 376-sıneytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər– Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər - bacısının istintaqa cəlb olunması)məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər- “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması)məxsusdur.
Qəzet və jurnallarda xəbər sayına görə sıralama:
İyulayında televiziya kanallarında şou-biznes nümayəndələrihaqqında89xəbər göstərilib.
Televiziya kanallarında xəbər sayına görə sıralama:
Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.