"Əli Kərimli yenə hədyanlar yağdırır, absurd şeylər söyləyir və Azərbaycan dövlətini Türkiyəyə daha geniş miqyasda yardım etməməkdə suçlayır. Hərgah, adamdan soruşan lazım: Sən özün bir corab alıb göndərdinmi? Nəsə elədinmi? Yox! O zaman hansı üzlə danışırsan və nə haqla dövləti ittiham edirsən?”.
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
"Biz zəlzələnin, dəhşətli faciənin birinci günündən əsl qardaş həmrəyliyi göstərdik, doğma Türkiyənin dərdini öz dərdimiz kimi qarşıladıq. İlk reaksiyanı da Azərbaycan verdi, ilk dəstəyi də Azərbaycan göstərdi və bundan sonra da göstərəcək. Dövlətimiz də, xalqımız da Türkiyənin yanındadır. Həm də bütün qəlbi ilə, bütün rüsursları ilə, bütün imkanları ilə!
Əli Kərimli kimi məkrli, namərd, iranmeyllli siyasətçi isə bilsin və anlasın ki, yazdığı həqiqətdən uzaq statuslar onun nadanlığından xəbər verir. Nadanlığından, riyakarlığından və saxtakarlığından!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 757 dəfə oxunub.