Hansı qadınlar həyat yoldaşına UĞUR GƏTİRİR?

Hansı qadınlar həyat yoldaşına UĞUR GƏTİRİR?

Qadın ailənin psixi enerjisini təcəssüm etdirir. Qadının ruhi enerjisi necədirsə, özünü nə cür aparırsa, ailədə də eyni ruhi enerji hökm sürür. Əgər qadının psixi enerjisi hər şeyin yaxşı olacağına inanarsa, onda onun müsbətə olan inancı həqiqətən də işə yarayacaq.

Bu cür düşünən xanımlar ərinə uğur gətirir. Bu fakt rusiyalı psixoloqların apardığı araşdırmalar nəticəsində ortaya çıxıb.

Hətta qadının əhvalı pis olsa da, o, öz ərinin uğurlarından heç vaxt şübhə etmir. Amma bu, çox nadir hadisədir. Çünki əsasən qadınlar həyəcanlanmağa, şübhə etməyə və əsəbiləşməyə meyllidir. Psixoloqlar bildirib ki, əslində hər şey qadınların psixi qüvvəsindən asılıdr. Məsələn, problem yarananda hansısa qoruyucu duaları oxumaq və inancını itirməmək qadının əsas vəzifəsidir.

Qadın ağlı kişilərdən altı dəfə həssasdır, buna görə də qadın qarşıda duran çətinlikləri kişilərdən daha tez dəf edir. Və bu çətinliyi duymaq qadının borcudur.

Rusiyanın Ailə Problemləri İnstitununun professoru Oleq Qennadeviç Torsunovun sözlərinə görə, qadın heç vaxt ərinə "Mənə belə gəlir ki, tezliklə bizim problemlərimiz olacaq" və sairə bu kimi sözlər deməməlidir:

"Çünki faydasızdır, onsuz da kişi söhbətin nədən getdiyini başa düşməyəcək. Narahatlıq hissini dəf etmək üçün qadın pozitiv düşüncələrini heç vaxt itirməməyə səy göstərməli və buna ürəkdən inanmalıdır. Eyni zamanda qoruyucu dualar oxumağa başlamalıdır. Vedalarda (hinduizmin müqəddəs mətnlərinə verilən ad) buna çox böyük diqqət yetirilir. Məsələn, qadınlar uşaqlarının bədəninin təxminən iyirmi müxtəlif hissələrinə su və ya gil vurur. Qadın bu ayini hər gün böyük coşqunluqla yerinə yetirir, beləliklə də övladları müxtəlif təsirlərdən xilas olur. Yəni uşaqlar qorunmuş olur. Faktiki olaraq ananın duaları uşağı qoruyur. Əgər uşağın karması pisdirsə, hər hansı bədbəxt hadisə baş verməzdən əvvəl ana güclü təhlükənin yaxınlaşdığını hiss edir. Onda qadın hər şeyin yaxşı olacağına inanmalıdır. Bu halda inam həyəcana üstün gələcək və o, baş bədbəxt hadisənin həyata keçməsinə imkan verməyəcək"

İslam dinində bəd nəzərdən, pis gözdən, nəfsdən qorunmaq üçün müxtəlif dualar var. Buradan belə nətiyəcə gəlmək olar ki, biz bədbəxt hadisələrin qarşısını öz dualarımız sayəsində qismən ala bilərik. Xüsusilə qadının inamı istənilən pis təsirlərə müqavimət göstərir.

Belə güc psixikada da var. Və bilmək lazımdır ki, bu güc qadınların şüurunda daha çox olur, nəinki kişi beynində./Publika.az
 
Aktual.az
Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR