Azərbaycan əhalisi ölkəsi üçün döyüşməyə hazır olan ölkələr sırasında 6-cı yerdədir.
Bu barədə ABŞ-ın beynəlxalq araşdırma şirkəti olan “Gallup”un apardığı sorğunun nəticəsində qeyd olunur.
Sorğuda iştirak edən Azərbaycan əhalisinin 85 faizi ölkəsi üçün döyüşməyə hazır olduğunu bildirib.
Siyahıya 94 faiz göstərici ilə Mərakeş liderlik edir. İlk beşliyə həmçinin 94 faiz göstərici ilə Fici, 89 faizlə Pakistan və Vyetnam, 86 faizlə Banqladeş daxildir.
Türkiyə 73 faizlə 12-ci, ABŞ 44 faiz göstərici ilə 39-cu sıradadır.
Gürcüstan 76 fazilə 9-cu, Ermənistan 72 faizlə 15-ci, Rusiya 59 faizlə 27-ci yerdə qərarlaşıb.
63 ölkədə aparılan sorğuya əsasən 11 faizlik göstərici ilə Yaponiya sonuncu yerdədir.
Siyahıda ön sıralarda əsasən müsəlman, son sıralarda isə Avropa ölkələri qərarlaşıb.//Apa.az