Bəzi dərmanları qəbul etdikdən sonra yediyimiz qidalara xüsusilə diqqət etmək lazımdır. Bəs hansı dərmanla hansı qidanı yemək olmaz?
Aktual.az Ölkə.Az-a istinadən siyahını təqdim edir:
1.Qan təzyiqi dərmanı ilə banan
Qan təzyiqi dərmanları orqanizmin kalium miqdarını artırır. Normadan çox kalium isə ürək-damar sistemində problem yaradır. Buna görə də bu cür dərman qəbul edənlər banan, portağal və yaşıl yarpaqlı göyərti istifadə etməsinlər.
2.Xolesterin dərmanı ilə qreyfrut
Qreyfrut və qryefrut şirəsi qan dövranındakı xolesterin dərmanı səviyyəsini artırır. Bu isə ayaq ağrıları və dərmanın əks təsirini üzə çıxarır.
3.Qanı duruldan dərmanla zoğal şirəsi və ispanaq
Qanı durultmaq üçün qəbul edilən dərmandan sonra zoğal şirəsi, kompotu içən xəstələrdə qan həddən artıq durulaşır və təhlükəli nəticələrə səbəb ola bilər. İspanaq və tünd yaşıl göyərtinin tərkibində olan K vitamini dərmanın təsirini azaldaraq qanı laxtalandıra bilər. Bu dərmanı qəbul edənlər kahı və brokkolidən uzaq dursun.
4.Tetrasiklin antibiotikləri ilə süd və süd məhsulları
Süd və süd məhsullarının tərkibində olan kalsium antibiotiklərin həll olmasını azaldır və bu da dərmanların təsirini minimuma endirir. Bu səbəbdən əgər süd və süd məhsullarından istifadə etmisinizsə, 1-2 saat gözləyin.
5.İnfeksiya dərmanları və ət məhsulları
Kolbasa, sosiska və bu tip ət məhsullarının tərkibində olan amin turşusu bu tip dərman qəbul etdikdə yüksək qan təzyiqinə səbəb ola bilər. Eyni zamanda banan, avokado şokolad və spirtli içkilərin də tərkibində amin turşusu var.
6.Qalxanabənzər vəzin müalicəsi üçün qəbul edilən dərmanlar və qoz
Qoz və bu tip meyvələr qalxanabənzər vəzin müalicəsi məqsədi ilə qəbul edilmiş dərmanların həll edilməsinin qarşısını alır. Bu tip dərmanları yuxudan əvvəl qəbul etmək məsləhətdir.
Xəbər 996 dəfə oxunub.