ABŞ-ın BMT Təhlükəsizlik Şurasına (TŞ) göndərdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul edilərsə, bu, anklavdakı vəziyyəti yaxşılaşdırmayacaq.
Aktual.az xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazim Qasim "əl-Cəzira”ya verdiyi açıqlamada bildirib.
"ABŞ-ın qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzadakı vəziyyəti sabitləşdirməyə yönəlməyib", - o bildirib.
Qasimin sözlərinə görə, ABŞ qətnaməsinə alternativ olaraq atəşkəs rejimini gücləndirəcək və Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasına imkan verəcək başqa bir sənəd qəbul etmək olar.
HAMAS sözçüsü qeyd edib ki, hərəkat BMT TŞ-nin Qəzza zolağına, Qərb sahilinə və Qüdsə qarşı İsrail təcavüzünün qarşısını alacaq və Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin edəcək bir qətnamə qəbul etməsində israr edir.
Xəbər 34 dəfə oxunub.