Hakimlərin səlahiyyət müddəti artırılır

Hakimlərin səlahiyyət müddəti artırılır

Bakı və Gəncə Apelyasiya məhkəmələri hakimlərinin səlahiyyət müddəti artırılacaq.
Aktual.az Report-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının sonuncu plenar iclasında müzakirə olunacaq. Bakı Apelyasiya Məhkəməsinin hakimləri Namiq Cəfərov, Sənan Hacıyev və Abidin Hüseynovun və Gəncə Apelyasiya Məhkəməsinin hakimi Azad Bayramovun səlahiyyət müddəti oktyabrın 26-da başa çatır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi səlahiyyət müddəti bitən hakimlərin yenidən təyin edilməsi məsələsini müzakirə edib və məsələ parlamentin pelenar iclasına tövsiyə olunub.

Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR