Hakim: Zərraba hökm oxunmayacaq

Hakim: Zərraba hökm oxunmayacaq
  • DÜNYA

ABŞ-da əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrabın qalmaqallı məhkəməsində gözlənilməz dəyişiklik olub.

Hakim Riçard Berman R.Zərrabın prosesdə təqsirləndirilən şəxs qismində iştirak etməyəcəyini və mühakimə olunmayacağını açıqlayıb. Müttəhim kimi təkcə Hakan Atilla göstərilib.
Publika.az xəbər verir ki, bununla da proses bir anda Atillaya qarşı yönəlib.
Hakim məhkəmədə ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilən R.Zərrabın deyil, tək təqsirləndirilən şəxs olaraq "Halkbank”ın baş direktor müavini Hakan Atillanın mühakimə olunacağını vurğulayıb.
R.Bermanın bu addımı hər kəsi təəccübləndirib.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR