Hakimlərin Seçki Komitəsinin dekabrın 14-də keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb.
Komitədən Aktual.az-a verilən məlumata görə, hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə).
Hakimliyə namizədlər üçün əlverişli şərait yaradılması məqsədilə “Hakimliyə Namizədin Yaddaş Kitabçası”, tələb edilən sənədlərin siyahısı, hakim vakansiyalar ı barədə və digər məlumatlar Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (www.jlc.gov.az).
İmtahanların keçirilməsi ilə bağlı digər aidiyyəti məsələlər barədə əlavə məlumat veriləcək. Əlaqə telefonu: (012) 510-22-97; (051) 510-22-97
Aktual.az