Hakerlər İŞİD terrorçularına aid valyuta hesabları aşkarlayıblar

Hakerlər İŞİD terrorçularına aid valyuta hesabları aşkarlayıblar
  • DÜNYA

“Ghost Security Group”un haker-aktivistləri pul köçürmələri üçün “bitcoin” virtual valyutasından istifadə edən İŞİD terrorçularına aid məlumatları aşkarlayıb.

Aktual.az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, hakerlər bir neçə hesabı aşkara çıxarmağa müvəffəq olublar. Həmin hesablardan birində 3 milyon dollar olduğu bildirilir. “Kronos Advisory” şirkətinin rəhbərlərindən olan Mayk Smit haker-fəalların onunla əlaqə yaradaraq bu informasiyaları çatdırdıqlarını bildirib. Hakerlər terrorçuluqla mübarizəyə öz töhfələrini vermək istədiklərini söyləyiblər.

Aktivistlərdən biri virtual valyutanın İŞİD-in gəlirlərinin 1-3%-ni təşkil etdiyini deyib. “Bitcoin”ların təhlükəli tərəfi odur ki, bu sistemlə köçürmələrə heç kim tərəfindən nəzarət olunmur.

Xatırladaq ki, “Anonymous” haker qrupu internetdə terrorçularla mübarizə üçün bir neçə təlimat açıqlayıb.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR