Hakerlər hücuma keçdi, 5500 terrorçunun səhifəsi qapadıldı

Hakerlər  hücuma keçdi, 5500 terrorçunun səhifəsi qapadıldı
  • DÜNYA

“Anonymous” məşhur haker qrupu sosial şəbəkədə “İŞİD” terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Aktual.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə qrup özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Anonymous” terrorçulara məxsus 5500-dən çox səhifəni aşkara çıxarıb və bunun əsasında “Twitter” rəhbərliyi həmin akkauntları bağlayıb. Bu səhifələrdə “İŞİD”ə dəstək ifadə olunur və eyni zamanda terror təşkilatının sıralarına adam cəlb edilirmiş.

Qeyd edək ki, “Anonymous” Parisdəki terrordan sonra “İŞİD”dən intiqam alacağını açıqlamışdı.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR