Ötən gün Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükür saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ifadə zamanı halı pisləşib və xəstəxanaya aparılıb. Hazırda o, Sakarya xəstəxanasında müalicə alır.
Qeyd edək ki, dünən Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H.Şükür və atası S.Şükürün saxlanılması barədə qərar vermişdi.