"Qalatasaray" klubunun idarə heyəti "Konya Qalatasaraylılar Dərnəyi"nin rəhbəri Sıtkı Korkmazın müraciətindən sonra Fəthullah Gülən tərəfdarı olan, Hakan Şükürü üzvlükdən çıxarmağa qərar verib.
Aktual.az 1xəbər.com-a istinadən bildirir ki, bu qərar həyata keçirildikdən sonra keçmiş futbolçu artıq klubun qapısından belə keçə bilməyəcək.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Hakan Şükür ABŞ-dakı Qalatasaraylılar Dərnəyində ofisiant belə işləyə bilməyəcək. Bununla da Hakan Şükür "Qalatasaray" tarixindən tamamilə silinəcək.