FETÖ ilə əlaqəsi olduğuna görə haqqında həbs qərarı çıxarılan və 200 milyonluq sərvətinə həbs qoyulan “Qalatasaray” və Türkiyə millisinin sabiq forvardı Hakan Şükür “Tvitter” hesabından paylaşım edib.
Oxu.Az-ın“Hüriyyet”ə istinadən məlumatına görə, o, haqqında çıxan “Hakan Şükürü Fətullah Gülənlə FETÖ Hərbi Hava Qüvvələri imamı Adil Öksüz görüşdürüb” kimi xəbərlərə aydınlıq gətirib.
Şükür bildirib ki, bu məlumatlar yanlışdır: “Məni FETÖ deyə bilinən bir təşkilatla tanışdırdığı deyilən Adil Öksüz adlı adam haqqında heç bir şey bilmirəm”.
Hakan Şükür 200 milyonluq sərvəti olduğuna dair iddiaları da rədd edib: “Mənim 200 milyonluq sərvətim yoxdur. Bu xəbərlər yalandır”.