"Bir daha Türkiyəyə qayıtmayacağam, ABŞ-da iş quracağam".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin keçmiş futbolçusu, parlamentin keçmiş üzvü Hakan Şükür bildirib.
Məlumata görə, H.Şükür Türkiyədəki evini satıb və bankdakı pullarını çıxarıb.
Türkiyəni tərk edən ulduz futbolçu ABŞ-ın Kaliforniya ştatının San-Mateo şəhərində məskunlaşıb.