Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək.
Aktual.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xarici işlər naziri Fidan həmkarı Ceyhun Bayramovla yaxın regiona və qlobal məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı gözlənilir.
Səfər çərçivəsində xarici işlər naziri Fidan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunacaq.
Xəbər 87 dəfə oxunub.