Haitidə Cənub departamentində güclü qasırğa olub.
AzNews.az xarixi KİV-lərə istinadən xəbər verir ki, “Metyu” qasırğası nəticəsində 339 nəfər həyatını itirib.
Məlumata görə, sadəcə Haitinin cənubundakı Roche-a-Bateau şəhərində 50-dən çox adam ölüb. Bölgədəki ən böyük şəhər olan Jeremidəki evlərin 80 faizi tamamilə dağılıb.
Daha 30 min evin qəzalı vəziyyətə düşdüyü bildirilir.