Hafiz Hacıyev namizəd olacaq? - Açıqlama

Hafiz Hacıyev namizəd olacaq? - Açıqlama

Müasir Müsavat Partiyasının İdarə Heyətinin parlament seçkilərində iştirak edib-etməyəcəyi məsələsi partiyada müzakirə olunur, hələ qərar qəbul edilməyib.

Aktual.az xəbər verir ki, bu barədə modern.az-a partiyanın sədri Hafiz Hacıyev özü bildirib.

Hafiz Hacıyev onu da qeyd edib ki, partiya razılıq versə, öz namizədliyini Xanlar-Daşkəsən seçki dairəsindən irəli sürəcək:

“Ancaq bu, məndən asılı deyil, məndən asılı olmayan məsələlər var və onlar partiyada həll olunur. Bu səbəbdən də hələ heç bir addım ata bilmirəm, partiyanın qərarına əsasən namizədliyimi irəli sürəcəyəm. Gələn həftə Siyasi Şuranın iclası keçiriləcək. İclasda bütün məsələlər öz həllini tapacaq, partiyanın seçkilərdə hansı formada iştirak edib-etməyəcəyi, nə qədər namizəd irəli sürəcəyi öz həllini tapacaq”.

Hafiz Hacıyevin sözlərinə görə, partiyada kifayət qədər geniş potensiala malik insan var:

“Bu da partiyanın qərar verməsində əsaslı rol oynayır. Bizim daha böyük problemlərimiz var, partiya bu gündən növbəti prezident seçkilərinə hazırlığa başlayıb”.

O, YAP-ın irəli sürdüyü deputatlığa namizədlər, siyahıdakı müəyyən dəyişikliklərə də münasibət bildirib:

“YAP-ın daxili işlərinə qarışmaq, onun namizədləri haqqında fikir bildirmək düzgün deyil, bu, etikadan kənar olar. Bir partiyanın başqa partiyanın daxili işinə qarışması mənə elə gəlir ki, cəmiyyətdə normal qarşılanmaz. YAP partiya olaraq nə cür düşünür, qərar verir, bu, artıq onların öz işidir. Hər halda, biz öz partiyamıza cavabdehik və çalışırıq ki, hakimiyyətdə təmsil olunaq, gələcəkdə Azərbaycanı idarə edək. Biz, yalnız bu barədə düşünürük”.

 
Xəbər 2775 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR