"Abdulbari Gözəl gəlib Azərbaycanda at oynadanda əlbəttə ki, belə olacaq"
Devalvasiyadan sonra xaricdən gətirilən mallarla yanaşı yerli məsulların da qiymətində kəskin artım müşühidə edilir.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bununla bağlı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev danışıb:
"Azərbaycandakı şirkətləri yoxlamaq lazımdır. Onlar kimlərindir? "Azərsun" deyir, xaricə pomidor satırıq, necə olur ki, "Azərsun" həm xaricə pomidor satır, həm də Azərbacanda "tomat pastası"nın qiymətini qaldırır? Tək tomatla iş bitmir. Şəkəri götürək. Yaxşı şəkəri İmişlidə istehsal edib xaricə də satırlar, bizə içərisinə leş sümüyü vurulmuş şəkər satırlar. Çay Azərbaycanda istehsal olunursa, onu "Azərçay" adı ilə dünyaya tanıdırlarsa, çayın qiymətini qaldırıb niyə milləti dövlətin üzərinə qaldırırlar? Onlar hamısı vicdanını itirmiş adamlardır. Xaricdən dollarla aldığınız malları bildik, bəs yerli istehsala nədir sözləri? Bunlar hamısı millətimizə qarşı olan xəyanətdir. Abdulbari Gözəl azərbaycanlı deyil ki, özünü Kür çayına atan qadının qiymətini bilsin, özünü dənizə atan cavan oğlanın qədrini bilsin. Abdulbari Gözəl gəlib Azərbaycanda at oynadanda əlbəttə ki, belə olacaq. "Azərsun" və digər firmalar saxta məhsullar xalqa sıramaqla millətimizin genəfonuna zərbə vurur. Bəs İqtiadiyyat Nazirliyi hara baxır?
Ya "Azərsun" bağlanmalıdır, ya da qiymətlər əvvəlki səviyyəyə gətirilməlidir. "Azərsun"un rəhbərliyi başına papaq qoyursa, papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər".
Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Zahid Oruc "Azərsun"u monopolist şirkət adlandırmışdı.