Hacıqabul rayonunda gənc oğlanın meyiti aşkarlanıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, rayon sakini, 1999-cu il təvəllüdlü İsmayılov Amid Azad oğlunun meyiti səhər saatlarında rayonun mərkəzində, Molla Pənah Vaqif küçəsində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit daxili və xarici müayinə olunmaq üçün Şirvan Şəhər Məhəkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyinə təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 663 dəfə oxunub.