Hacıqabulda avtomobil aşdı - Bir ailənin 5 üzvü yaralandı

Hacıqabulda avtomobil aşdı -   Bir ailənin 5 üzvü yaralandı

Azərbaycanın Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində Laçın rayon sakini Şəmsi Məcnunovun idarə etdiyi 90 UL 242 dövlət nömrə nişanlı "Naz Lifan" markalı avtomobil aşıb. Nəticədə Şəmsi Məcnunov və avtomobildə olan ailə üzvləri - Xələf Səmədov, Züleyxa Məcnunova, Gülxar Məcnunova, Zemfira Məcnunova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər 716 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR