Hacıqabulda ağır yol qəzası: Ər-arvad xəsarət aldı

Hacıqabulda ağır yol qəzası: Ər-arvad xəsarət aldı

 Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Bakı sakini, 1969-cu il təvəllüdlü Rafiq Nuru oğlu Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil təkərinin partlaması nəticəsində yoldan çıxaraq aşıb. 
Nəticədə sürücü və avtombildə olan həyat yoldaşı, 1962-ci il təvəllüdlü Dilşad Mürsəl qızı Xıdırova müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu kəllə-beyin travması ilə xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR