Hacıqabul rayonunda 3 gün əvvəl avtomobillə vurularaq öldürülən naməlum şəxsin kimliyi müəyyənləşdirilib.
"Report"un xəbərinə görə, oktyabrın 2-də Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillə vurularaq öldürülən naməlum meyit tapılıb.
Aparılan araşdırma nəticəsində onun İmişli rayonunun L.Vəliyev küçəsi, ev 87-də yaşamış, 1985-ci il təvəllüdlü Aslanov Elvin Mahir oğlu olduğu məlum olub. E.Aslanovun meyiti yaxınlarına təhvil verilib.
Hadisəni kimin törətdiyi də məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 538 dəfə oxunub.