Hacı Madər Musayevin vəkilləri Biləcəridə növbəti görüşlərini keçirdi - FOTOLAR

Hacı Madər Musayevin vəkilləri Biləcəridə növbəti görüşlərini keçirdi   - FOTOLAR

Hacı Madər Musayevin vəkilləri Biləcəri qəsəbəsində 300-dən çox seçicinin iştirakı ilə növbəti görüş keçiriblər.


Görüşü namizədin səlahiyyətli nümayəndəsi Niyaz Niftiyev açaraq həm imza toplama kampaniyasında xüsusi fəallıq göstərən, həm də bu gün keçirilən tədbirə böyük ruh yüksəkliyi ilə gələn biləcərililərə təşəkkür edib. N. Niftiyev ölkəmizin böyük siyasi kampaniya ərəfəsində olduğunu söyləyərək görüşə qatılan seçicilərin diqqətinə namizədin son beş il ərzində gördüyü işləri çatdırıb: “Madər Musayev ötən beş il ərzində ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib. Onun fəaliyyət dairəsi xüsusilə rayonda aparılan sosial-infrastruktur layihələrinə təşəbbüsləri və onların icrasına köməyi ilə seçilib. Madər Musayev Prezident İlham Əliyevin uğurlu siyasətinin nümunəvi təbliğatçısı kimi hər zaman seçicilərinin yanında olub. O, ölkəmizin inkişafından, uğurlarından rayon camaatının – bilavasitə seçicilərinin bəhrələnməsinə kömək edib”.
Sonra görüşdə iştirak edən namizədin vəkilləri – Şahrza Ağayev, Akif Seyidov, Telman Salmanov, Nəzirməmməd Quliyev çıxış edərək Hacı Madər Musayevin deputat kimi irəli sürdüyü təkliflərin daim dövlət tərəfindən dəstəkləndiyini, onun xüsusi önəm verdiyi təklif və təşəbbüslərin Biləcəri, Binəqədi kəndlərinin sosial rifahının yaxşılaşdırılmasına, bu qəsəbələrdə yaşayan əhalinin mədəni, təhsil səviyyəsinin yüksəldilməsinə, sağlamlığının qorunmasına xidmət etdiyini vurğulayıblar.
Seçicilərin təkliflərinə daha çox yer ayrılan görüşdə söz alan Biləcəri sakinləri – Mahirə Müslümova, Məmmədəli Hüseynov, Əli İbrahimov, Bəxtiyar Məmmədov, Nəbi Qurbanov və başqaları Hacı Madər Musayevin bir millət vəkili kimi təşəbbüskarlıqla həll etdiyi məsələləri sadalayıblar: “Biz hər zaman deputatımızı yanımızda hiss etmiş, müraciətlərimizə dərhal reaksiya verdiyinin şahidi olmuşuq. Elə buna görə də vəd verənə deyil, iş görənə səs verəcək, əməl sahibini seçəcəyik”.
Çıxış edən Biləcəri sakinləri noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində yenidən Madər Musayevə etimad göstərəcəklərini söyləyiblər.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR