Hacı İbrahim 70 min borcu qaytarmır – Qalmaqal

Hacı İbrahim 70 min borcu qaytarmır –   Qalmaqal

Azərbaycanın futzal çempionatının qalibi olan "Xəzər adaları" dağılsa da, oyunçulara və məşqçilərə olan borc ödənilmir.

Aktual.az Komanda.az-a istinadən xəbər verir ki, klubun sahibi Hacı İbrahim Nehrəmlinin məşqçi heyətinə və futzalçılara 70 min manatadək borcu qalıb. İyulun 27-də "Xəzər adaları" komandasının baş məşqçisi Elnur Qəmbərov, onun köməkçisi və komandanın kapitanı Nehrəmliylə görüşüb. Görüşdə borc məsələsi müzakirə olunub və Hacı İbrahim borclu olduğu şəxslərə söz verib ki, iyulun 30-da pullarını ödəyəcək.

Baş məşqçi, köməkçisi və kapitan iyulun 30-da Hacı İbrahimin ofisinə baş çəkiblər. Görüşdə "Xəzər adaları"nda çıxış etmiş bütün yerli futzalçılar da iştirak edib. Ancaq Hacı İbrahim pulu verə bilməyəcəyini, yaxşın müddətdə problemi həll edəcəyini deyib.

Xəbər 973 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR