Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır

Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır

Azərbaycanın xalq artisti, mərhum kamança ifaçısı Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır.

Aktual.az-ın məlumatına görə, bunu Report-a xalq artistinin oğlu Rəvan Əliyev deyib. 

O bildirib ki, əsərin müəllifi özüdür: 

"Atamın xatirəsinə həsr olunan simfonik əsərin müəllifi özüməm. Artıq hazırlıq işlərinə başlanılıb və əsərin tam ərsəyə gəlməsi üzərində iş gedir. Əsər təqribən 4 aydan sonra hazır olacaq". 

Xatırladaq ki, məhşur kamança ifaçısı Habil Əliyev bu il sentyabrın 8-də 88 yaşında vəfat edib.

Aktual.az

Xəbər 734 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR