Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb.
Aktual.az xəbər verir ki, H. Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya verdiyi məlumata görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar:
“Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq”.
Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.