Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhətində irəliləyiş var.
Aktual.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva deyib.
O, bildirib ki, Habil Əliyev prezidentin nəzarəti altındadır: “Dünənə baxanda bu gün nisbətən gözünü açıb. Həkimlər əllərindən gələni edirlər. Prezidentimizin nəzarəti altındadır”.
Şərqiyyə xanım qeyd edib ki, H.Əliyev xeyli vaxtdır ağ ciyər və ürək çatışmazlığından əziyyət çəkir: “Amma heç belə vəziyyətə düşməyib. Hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Nə qədər vaxtdır ki, reaksiyası yox idi. Onu süni tənəffüs aparatına qoşublar. Ümid ancaq Allahadır”.