Habil Əliyev üçün Türkiyədən həkim briqadası gətirildi

Habil Əliyev üçün Türkiyədən həkim briqadası gətirildi

Bu gün saat 12:00–da Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhəti ilə bağlı Mərkəzi Klinik Xəstəxanada mətbuat konfransı keçiriləcək. 

Aktual.az xəbər verir ki, bu barədə AzNews.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. 

Onun sözlərinə görə, H.Əliyevin müalicəsi üçün Türkiyədən xüsusi həkim briqadası gətirilib. Həmin həkimlər kamança ifaçısını müayinə ediblər:
“Həkimlər müayinənin nəticələrini açıqlayacaqlar. Düzü, hazırda mən də nəticələrin cavabından məlumatsızam”. 

Qeyd edək ki, Habil Əliyev ağciyər və ürəkçatışmazlığından əziyyət çəkir. Xalq artisti Mərkəzi Klinik Xəstəxanada süni nəfəs aparatına qoşulub. 

 
Xəbər 763 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR