Habil Əliyev adına muzey açıla bilər

Habil Əliyev adına muzey açıla bilər

Xalq artisti, tanınmış kamança ifaçısı, mərhum Habil Əliyevin adına muzey açıla bilər.

Aktual.az  AzNews.az-a  istinadən xəbər verir ki, bu barədə sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. O bildirib ki, hazırda Ağdaş rayonunda Habil Əliyevin adına olan məktəbdə onun muzeyi var: “Muzeydə Habil Əliyevin yaradıcılığını əks etdirən əşyalar və eksponatlar qoyulub. Əsas muzeyi isə hazırda yaşadığımız evimizdədir. Hələ Habil müəllimin sağlığına bir otaq ayrılıb və bütün eksponatlarını həmin otağa qoymuşuq. Xarici ölkələrdən gələnlər eksponatlarla tanış olur. 3 kamançası var”. Ş.Əliyevanın sözlərinə görə, kamança ifaçısı dünyasını dəyişəndən sonra Dövlət Musiqi Muzeyindən Habil Əliyevin eksponatları üçün müraciət olunmayıb: “Ölkənin birinci xanımı Mehriban Əliyeva nə desə, o olacaq. Bütün məsələlər onun göstərişi ilə olacaq. Çünki o, Habil müəllimin yaradıcılığı ilə çox maraqlanır. Habil müəllimin adına ayrıca muzey də açıla bilər. Dövlət nə məsləhət bilirsə, onu da edəcəyik”. Həyat yoldaşı əlavə edib ki, hazırda Habil Əliyevin məzarı üzərində qoyulacaq heykəli hazırlanır: “Dövlətin diqqət mərkəzindəyik, özü olmasa da yaddan çıxarmırlar. Təzədən Habil bir də yaşamayacaq, onunla bağlı edilənləri bir də görməyəcək. Onun üçün edilənlər isə bizim üçün təskinlikdir. Habil müəllimə edilən hörmət onun dəfn mərasiminin təşkilindən aydın görünürdü. Dövlət ona ayrıca diqqət etdi. Birinci Fəxri Xiyabanda ona yer verildi, hazırda isə heykəli qoyulur. Ad gününə kimi heykəl hazır olacaq”. Qeyd edək ki, Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan çıxandan sonra evində komaya düşən sənətkar sentyabrın 8-də dünyasını dəyişib.

Xəbər 669 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR