"Әla nәticәdi. Komandanı tәbrik edirәm".
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.
Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: "Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq".
Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq".