Gözlər qəlbin aynasıdır- seçimini et, qəlbinin dərinliklərinə baş vur
Öz əksini görmək istəyirsənmi? Bu şəkillərdəki gözlərdən birini seç, şəxsiyyətini, qəlbinin dərinliklərində olanları sənə söyləyim. Hətta iki göz rəsmini bəyənmiş ola bilərsən. O zaman hər ikisinə dair açıqlamaları oxu. Beləliklə, başladıq.
1.Açıqsınız. Siz hər bir insanı həyatınıza və ürəyinizə ala bilərsiniz.Başqaları tərəfindən yaralanmaq, özünə qapanmaqdan yaxşıdır- bu sənin həyat fəlsəfəndir. Şəxsi problemlərini özün həll edirsən, heç kimə bəlli etmirsən.Hər kəsə kömək edə-edə yaşayırsan və bu sənə ləzzət verir.
2.Şüurluluq- bu sənin əsas xüsusiyyətindir.İnsanlarda yaxşı təəssürat buraxmaq və yalnız doğru hərəkət etmək istəyirsən. Sənə elə gəlir ki, hərəkətlərin başqalarının həyatına təsir edir. Kədərlənəndə heç kimə göstərmirsən. Ən böyük iztirablara təklikdə sinə gərirsən.
3.İztirab çəkirsən qəlbinin ən dərinliklərində. Çətin keçmişin bu gününə də təsir edir. Sənə elə gəlir ki, həyat çox acı zarafatdır. Sakitlik axtarırsan. Ətrafdakılara öz bədbin duyğularını göstərmirsən. Həyatın çətindir.Hər dəfə yıxılanda özün qalxmağa adət etmisən.
4. Qəlbinin dərinliklərində filosofsan. Düşünüb nəticə çıxarmaq, hər şeyin mahiyyətinə varmaq sevimli məşğuliyyətindir.Bəzn səni bu dünyadn geri gətirmək çətin olur.Həyat sənin üçün böyük pazldan ibarətdir. Şəkilləri yerinə düzmək xoşuna gəlir.
5.Sən tapmaca insansan.Hətta bəzən özün özündən baş açmırsan. Şəxsiyyətin də ovqatın kimi dəyişkəndir.Az danşır, özünü gizlədirsən. Əvvəlcə insanları uzaqdan tanımağa çalışır, müşahidə edir, sonra yaxınlaşırsan. Ancaq həqiqətləri danışırsan.
6.Çox həssassan.Hər şeyi diqqətə alır və unutmursan. Dünya ilə harmoniyada yaşayırsan. Hər xırda şeydən yaralana bilərsən. Lakin bunu gizlədirsən. İntuisiyan güclüdür
7 Sən atəşən. Enerji və ehtiras dolusan.Orta dərəcə yoxdur, ya sevirsən, ya nifrət edirsən. O qədər enerjilisən ki, bəzən bu nevroza səbəb olur. Həyatın dram doludur, çünki böyük oyunlara girişirsən.
8.Qəlbində ekssentriksən. Sənin maraqların və hərəkətlərin qeyri-adidir. İnsanlara qəribə təsir bağışlayırsan . Qoyulan qaydaları pozmağı sevirsən. Müzakirələrdən qorxmursan, gizlətməli heç nəyin yoxdur. Səncə hər kəs səndən nümunə götürməlidir.Bu səni məmnun edir
9.İntuisiyan çox güclüdür. Sən ətraf aləmi və insanları yaxşı anlayırsan, lakin bu barədə sususrsan.İnsanların üzündən, səs tonundan çox şey anlayırsan. Monipulyasiya etməyi sevməsən də bunu yaxşı bacarırsan. //biziminfo.com