Gözəllik kraliçası uşaqları porno biznesinə cəlb edib

Gözəllik kraliçası uşaqları porno biznesinə cəlb edib
  • DÜNYA

O, hətta qohumlarının uşağını da bu işə qatıb.

Kaliforniya ştatının Orenc dairəsinin sakini uşaq pornoqrafiyasının istehsalı və yayılması ilə şübhəli bilinərək saxlanılıb, America.ru məlumat yayıb.

Gözəllik müsabiqəsinin keçmiş qaliblərindən biri Meqan Brienna Elt öz qohumlarının ailəsindən olan 4 yaşlı uşağı belə bu işdə istifadə edib.

Yerli polisin verdiyi məlumata əsasən, 25 yaşlı kaliforniyalı qadın San-Dieqoda uşaqların istismarı ilə mübarizə qrupunun əməkdaşları tərəfindən həbs edilib.  

Həbsdən sonra porno çəkib satdığını, bu iş üçün hətta qohumlarının uşağını da istifadə etdiyini etiraf edib.

O, uşaqların iştirakı ilə açıq-saçıq şəkilləri ABŞ-ın Cənubi Kaliforniyada yerləşən dəniz piyadaları üçün pul və hədiyyə müqabilində satdığını etiraf edib. Meqan Elt həmçinin yetkinlik yaşına çatmayanlar ilə onlayn intim xidmətlər satıb.

Qadının həbsi üçün səbəb hərbi-dəniz istintaq departamenti tərəfindən təqdim edilmiş informasiya olub. Məhkəmə onun üçün zamin məbləğini 100 min dollar həcmində təyin edib.

Bildirilib ki, ittiham edilən şəxs San-Klemente və İrvində “Son günlərin müqəddəsi İsa Məsih” kilsəsində könüllü olarkən uşaqlarla işləyirmiş.  

Meqan Elt 2014-cü ildə Orenc dairəsinin gözəli seçilib, o, həmçinin Kaliforniya ştatının gözəllik müsabiqəsində iştirak edib.\oxuaz

Aktual.az

Xəbər 847 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR