"Gözəl Bayramlının qatili sənsən - Əli Kərimli! Məhz sən!" - Deputatdan SENSASİON yazı....


AXCP sədri Əli Kərimli keçmiş müavini Gözəl Bayramlının ölüm ildönümü ilə bağlı paylaşım edib və öz "ənənəsinə” sadiq qalaraq bu məsələdə də, yəni, Bayramlının ölümündə də hakimiyyəti günahkar çıxarmağa çalışıb.
 
Hərgah, gözlərinin içinə qədər yalan deyir.

Niyəsini də söyləyim:

Əvvəla, Əli Kərimli ətrafındakı insanlara hər zaman vasitə kimi baxıb, onları daim çirkli, qara oyunlara qoşub, müxtəlif tipli cinayətlərə bulaşdırıb. 

Və Gözəl Bayramlı da həmin qurbanlardan biri idi!

Radiakal müxalifətə QHT xətti ilə Gürcüstan üzərindən qrantlar, pullar ötürülən zaman AXCP sədri düşünmüşdü ki, maliyyəni Bakıya çatdırmağın ən rahat yolu – bu işi qadınların əli ilə görməkdir. Hesablaması da belə idi: Yəqin, sırf qadın olduqları üçün onları sərhəddə - filanda çox yoxlamazlar, sorğu - suala tutmazlar.
Amma yanıldı, təbii. Hər zaman olduğu kimi.
Yanıldı və ona etibar edənləri növbəti dəfə cəncələ saldı!
***
Gözəl Bayramlını tanıyanlar yaxşı bilir ki, o, tək - tənha yaşayırdı və bir bacısından başqa heç kimi, heç nəyi yoxuydu. Nə ailə, nə övlad, nə normal iş - güc.
 
Hə, yanlış yolda idi. Burası başqa mövzu. Çünki, Kərimli kimi şeytana qulluq edən zatən heç zaman düz yolda ola bilməz.
Amma, məsələ burasındadır, hər nəydisə - özü idi. Yanlışları, səhvləri ilə bərabər - özü idi. Kobudluğu, bəsit ritorikası, təhsilsizliyi, aqressiyası bütün addımlarında, jestlərində, davranışlarında açıq sezilsə də - yenə də özü idi. Ən azından "artistlik” eləmirdi, eyni anda iki cəbhəyə işləmirdi, Kərimlinin bir addımlığında qərarlaşan bəzilərinin qızları, nəvələri kimi əxlaqsız, namussuz deyildi.  

Üstəlik, Əli Kərimliyə bütün varlığı ilə bağlı, sədaqətli idi.
Hətta o qədər ki, "öl” dəsəydilər - gözünü qırpmadan ölərdi, onun uğrunda!
Yaxşı bəs, bütün bunların qarşılığında Kərimli neylədi? 

Təbii, hər zaman elədiklərini! Daha dəqiq desəm: Hər zamanki riyakarlığını və namərdliyini! 
Bayramlını da güdaza verdi. Bayramlını da cinayətə sürüklədi. Bayramlıya da pul daşıtdırdı. Bayramlını də öz çirkin oyunlarının qurbanına çevirdi!

Həm də bilə - bilə ki, onkoloji xəstədir!
****
Ona görə də Əli Kərimliyə məsləhətim budur, hərdən güzgünün qarşısına keçsin və özünə baxsın. Amma diqqətlə baxsın. Xeyli, uzun - uzadı baxsın. Üzündəki, dərisindəki qırışların, cizgilərin eskizi, kölgəsi, koordinatları şüşəyə dəqiqbədəqiq oturana qədər baxsın. Elədiyi, sərgilədiyi bütün saxtakarlıqların, mənəviyyatsızlıqların, nakişiliklərin tarixi, etiologiyası, epikrizi - həmin güzgünün hər köşəsində əks olunana, görünənə qədər baxsın!

Bəlkə o zaman anladı ki, bu gün siyasətdə yalquzaq kimi tək qalmasının, evində qüleybani kimi tənha yaşamasının səbəbi nədir. 
Bəlkə o zaman anladı ki, Tanrının verdiyi tək ömrü kişi kimi yaşamaq lazım idi - Əli Kərimli kimi yox!
Bəlkə o zaman anladı ki, nə qədər insanın uğursuzluğunda, yolsuzluğunda, bədbəxtliyində günah payı var. 
Nəhayət:
Bəlkə o zaman anladı ki, Gözəl Bayramlının qatili əslində bir başqası deyil - özüdür!
İttiham etdikləri, şər - böhtan yağdırdıqları deyil - özüdür!
Hətta xəstəlik də deyil - özüdür!
Məhz özü!
Sadəcə özü!
Əli Kərimlinin özü! 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Xəbər 102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR