Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır .
Aktual.az
Xəbər 427 dəfə oxunub.